Sinqapurda turizm

Sinqapur orxideyası. Sinqapur botanika bağı

Sinqapurda turizm — Sinqapur iqtisadiyyatının əsas sahələrindən biridir. 2013-cü ildə Sinqapura 15,6 mil milyon turist gəlmiş. Bu ölkə əhalisinin 3 qatı deməkdir.[1]. 2010-cu ildə turizm ölkə büdcəsinə 18,8 milyard dollar gəlir gətirmişdir.[2]

Ölkədə turizm üzrə məsəllərə Sinqapur turizm birliyi nəzarət edir. (STB; çin. 新加坡旅游局)[3]. Turizmin inkişafı məqsədi ilə 1980-ci illərdə ölkənin tarixi və mədəniyyət əhəmiyyətli bölgələrinin (Çaynataun, Kiçik Hindistan) qorunub saxlanılmasına və bərpasına qərar verildi. Sinqapur çayı zibil qalıqlarından təmizləndi, çay ətrafı ərazilər restoran və turistik tikililər üçün satıldı. Ümumən Sinqapur hökuməti 2017-ci il üçün turizmin inkişafına 905 milyon dollar ayrımış.

Sinqapura turistləri ekoloji təmizlik, mədəni-tarixi abidələrin qorunub saxlanılması cəlb edir. Sinqapur dünyada ən aşağı cinayətkarlıq səviyyəsinə malik ölkələrdən biridir. İngilis dili rəsmi dörd dildən biridir. Nəqliyyat bütün ölkə ərazisində yüksək səviyyədədir.

Takasiyam ticarət mərkəzi

Müasir dövrdə Sinqapur Cənub-Şərqi Asiyanın ticarət mərkəzinə çevrilmək əzmindədir. Orçard-roud rayonunda onlarca nəhəng ticarət mərkəzləri cəmləşib ki, bu da, büyük turis axımınına səbəb olur.

  1. Tourism Sector Performance Report Arxivləşdirilib 2014-09-24 at the Wayback Machine Government of Singapore
  2. "Tourism Statistics Publications. 2014-06-23. Singapore Tourism Board" (PDF). 2013-12-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
  3. "STB to get new chief". Channel News Asia. 7 May 2012. 12 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2016.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search